XİN başçısı: “Ermənistanla sivil qaydada münasibətlərin normallaşmasının tərəfdarıyıq”
Siyasət
13:49 18 okt, 2021
XİN başçısı keçirilən mətbuat konfransında deyib
“Azərbaycan tərəfinin mövqeyi dəyişməzdir. Biz sivil qaydada münasibətlərin normallaşmasının tərəfdarıyıq”.
Qazet.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 18-də Qətərin Baş nazir müavini, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə keçirdikləri mətbuat konfransında deyib.
“Eyni zamanda, Ermənistan ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin delimitasiya və demarkasiya məsələlərinin həll olunması olduqca vacibdir. Qarşı tərəfdən atılmış hər hansı bir müsbət addıma Azərbaycan tərəfindən də müsbət reaksiya veriləcək”, - nazir vurğulayıb.