Bakı 15˚C Sunny

XİN-in mətbuat katibinə yüksək vəzifə verildi - SƏRƏNCAM

Siyasət 15:27 17 okt, 2022
XİN-in mətbuat katibinə yüksək vəzifə verildi - SƏRƏNCAM

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qazet.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.