Bakı 11˚C Mostly cloudy

XİN rəhbəri Derek Şolle ilə Ukraynanı müzakirə etdi

Siyasət 22:03 25 fev, 2022

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar

XİN rəhbəri Derek Şolle ilə Ukraynanı müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, dövlət katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Bu barədə Qazet.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

Onlar həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.