Bakı 15˚C Sunny

XİN şurasının iclasında müzakirə olunan məsələlər

Siyasət 14:44 17 okt, 2022
XİN şurasının iclasında müzakirə olunan məsələlər

“Təhlükəsizlik və rifah üçün birlikdə addım atacağıq”. 

Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib. 

O, toplantının gündəliyinin zəngin olduğunu deyib: “Əsas işimiz Səmərqənd zirvəsinə hazırlıq idi. Bu gün türk dünyası qlobal geosiyasətin mərkəzindədir. Türk dünyası Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirir”. 

M.Çavuşoğlunun sözlərinə görə, iclasda həm də regiondakı durum barədə fikir mübadiləsi aparılıb: “Ukraynadakı, Qafqazlardakı durum barədə danışdıq. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Cənubi Qafqazdakı vəziyyət barədə müzakirə apardıq”.