Bakı 2˚C Mostly cloudy

XİN xalqımızı təbrik etdi

Siyasət 11:16 25 noy, 2022
XİN xalqımızı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərin işğaldan azad olunmasının ikinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qazet.az xəbər verir ki, bu barədə nazirliyin "tviter"ində yazılıb.

“İki il öncə Kəlbəcər şəhəri də daxil olmaqla 147 yaşayış məntəqəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun qələbələri nəticəsində işğaldan azad olunmuşdur. Hamımız üçün əziz olan bu gündə xalqımızı səmimi qəlbdən təbrik edirik. 25.11.2020 - Kəlbəcər”, - paylaşımda bildirilib.