Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırılıb
Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub
Sumqayıt Apellyasiya Məhkəməsində Xızıda qətl törətməkdə təqsirləndirilən yeniyetmə V.Ə-nin (ad, soyadı şərti) cəzası artırılıb.
Qazet.az Report-a istinadən xəbər verir ki, hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub.
Belə ki, təqsirləndirilən şəxsə təyin olunan 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
Qeyd edək ki, hadisə 2020-ci ilin mart ayının 15-də Şorabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü V.Ə 2003-cü il təvəllüdlü A.Əliyevi bıçaqlayaraq qətlə yetirib.
Daha sonra yeniyetmə Xızı Rayon Polis Şöbəsi əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məclləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.