Bakı 0˚C Mostly cloudy

Qarabağ bölgəsindən acı xəbər gəldi: Xeyli sayda yaralı Bakıya gətirilir

Gündəm 12:25 07 fev, 2022

İlkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib

Qarabağ bölgəsindən acı xəbər gəldi: Xeyli sayda yaralı Bakıya gətirilir

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən qazet.az-a verilən məlumata görə, qəza axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən bir neçəsi xəsarət alıb.

Qazet.az xəbər verir ki, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.