Xocavənddən 7 ton dəmir çıxarmaq istədi, tutuldu
Gündəm
12:23 06 noy, 2021
İşğaldan azad edilmiş ərazilərdə nəzarət-profilaktiki tədbirlər davam etdirilir
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qazet.az-a verilən məlumata görə, noyabr ayının 6-da saat 3 radələrində Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmməddərə kəndi ərazisindəki stasionar postda “Şacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib.
Nəqliyyat vasitəsinə məyyən edilmiş qaydada baxış keçirilib, bu zaman avtomobilin yük yerindən 7 ton dəmir məmulatı və 2 baş heyvan aşkar edilib.
Faktla bağlı Xocavənd RPŞ-də araşdırmalar aparılır.