Bakı 6˚C Intermittent clouds

Xorvatiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı məsələsi müzakirə olunub

Siyasət 14:52 20 okt, 2021

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa xüsusi diqqət yetirilib

Xorvatiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı məsələsi müzakirə olunub

“Bu gün aparılan görüşlər zamanı ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa xüsusi diqqət yetirilib”.

Qazet.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə Xorvatiyadan çoxsaylı aparıcı şirkətlərin nümayəndələri də buradadır. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb”, - o bildirib.