Bakı 19˚C Intermittent clouds

Xorvatiyanın keçmiş rəhbəri sülhün bərqərar olmasına görə Prezident İlham Əliyevi təbrik edib

Siyasət 16:17 04 noy, 2021

“Biz həmrəyliyin geridə qalmasına imkan verməməliyik"

Xorvatiyanın keçmiş rəhbəri sülhün bərqərar olmasına görə Prezident İlham Əliyevi təbrik edib

"Hazırda hökm sürən pandemiya böhranı Olimpiya hərəkatına da təsir göstərib. Biz gələcəyi və onun formasını yüksək texnologiyaları tətbiq etməklə qura bilməyəcəyik. hazırki böhranlar mübariz üçün həmrəylik əsas şərtdir. Qlobal həmrəylik çətin də olsa, bizə lazımdır. Birlik və sülh siyasi, iqtisadi və humanitar qütbləşməni aradan qaldıra bilər".

Qazet.az xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç VIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında ifadə edib.

Sabiq prezident deyib: “Biz həmrəyliyin geridə qalmasına imkan verməməliyik. Bu böhran açıq şəkildə göstərdi ki, elm və səhiyyə, hətta peyvəndlər bu məqamda siyasiləşdirilir. Biz COVID-19-a qarşı peyvəndlərin bütün ölkələr üçün bərabər paylanmasının tərəfdarıyıq. Bu böhrandan onu öyrənməliyik ki, bizə daha çox həmrəylik lazımdır. Həmrəylik həm cəmiyyətlər daxilində, həm də cəmiyyətlər arasında olmalıdır”.

Səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Kolinda Qrabar-Kitaroviç regionda sülhün bərqərar olmasına görə dövlətimizin başçına təbriklərini çatdırıb.