Bakı 3˚C Intermittent clouds

Xroniki böyrək çatışmazlığının əlamətləri açıqlanıb

Cəmiyyət 17:40 14 yan, 2022

Bu barədə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev məlumat verib

Xroniki böyrək çatışmazlığının əlamətləri açıqlanıb

Xroniki böyrək çatışmazlığının əlamətləri açıqlanıb.

Qazet.az xəbər verir ki, bu barədə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev məlumat verib.

Onun sözlərinə görə, bu xəstəlik adətən baş ağrıları, zəiflik, iştahsızlıq, qaşınma, oynaqlarda ağrı və ürəkbulanma halları ilə özünü büruzə verir: “Laborator müayinələr zamanı xəstədə bu əlamətlərin hansı səbəbdən baş verməsi və böyrək xəstəliyi ilə əlaqəli olması müəyyən edilir. Adətən, bu əlamətlər böyrək çatışmazlığına spesifik olur”.

F.Babayev bildirib ki, böyrək çatışmazlığına səbəb olan əsas faktorlar iki qrupa bölünür. Onun sözlərinə görə, bunun birincisi bilavasitə böyrək xəstəlikləri ilə nəticəsində yaranan böyrək çatışmazlığı, ikincisi isə qazanılmış böyrək çatışmazlığıdır: "Bu da indi sosial bəlaya çevrilən şəkərli diabet, arterial hipertoniya xəstəliyi nəticəsində baş verir. Bəzi ağciyər xəstəlikləri və bir sıra zəhərlənmələr də böyrək çatışmazlığına səbəb ola bilər”.