Bakı 14˚C Sunny

Xudatda ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb

Gündəm 03:15 09 dek, 2022
Xudatda ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb

Xudat rayonunda ana və qızı göbələkdən zəhərlənib, onlardan biri ölüb.

Qazet.az xəbər verir ki, Xaçmaz rayonunun Şimali kənd sakinləri, 1944-cü il təvəllüdlü Nemətova Roza Bədəl qızı və onun qızı, 1979-cu il təvəllüdlü Ağayeva Çimnaz Nemətovna göbələk turşusundan zəhərlənərək ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq, R. Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.

Ç.Agayevanın isə vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.