Bakı 10˚C Sunny

Xudatda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə 20:45 29 noy, 2022
Xudatda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xudat şəhərinin Nabran körpüsü adlanan ərazisindən keçən hissəsində iki avtomobil toqquşub, xəsarət alanlar var.

Qazet.az-ın Şimal burosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan vaxtı "Niva" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri, 1987-ci il təvəllüdlü Babayev Pərvin Nadir oglu, 1979-cu il təvəllüdlü Rəşidov Natiq Əlisultan oglu və 1977-ci il təvəlludlü Rəşidov Vahid Əlisultan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

"VAZ-2107" markalı avtomobildə olan sürücü və sərnişinlər hamısı sipirtli içkinin təsiri altında olublar.

Faktla bağlı araşdırma aparılır.