Bakı 2˚C Mostly cloudy

Papa üç tabutda dəfn edildi - FOTO

Gündəm 11:45 06 yan, 2023
Papa üç tabutda dəfn edildi - FOTO

2013-cü ildə təqaüdə çıxan keçmiş Papa XVI Benediktin dünən tarixi dəfn mərasimi baş tutub.

Qazet.az xəbər verir ki, mərasimi on minlərlə insan izləyib.

Keçmiş Papanın məmləkəti İtaliya və Almaniyadan olan nümayəndə heyətləri rəsmi olaraq Roma Papası Fransiskin rəhbərlik etdiyi dəfn mərasimində iştirak edib.

Bundan əlavə, İspaniya Kraliçası Sofiya, Belçika Kralı Filip və Kraliça Matilda, Macarıstan, Polşa, Portuqaliya və Sloveniya kimi ölkələrin dövlət rəhbərləri mərasimdə xüsusi olaraq iştirak ediblər.

Keçmiş Papanın cənazəsi ənənəyə uyğun olaraq xüsusi lentlənmiş və möhürlənmiş şəkildə, üç ayrı tabuta qoyularaq Müqəddəs Pyotr Bazilikasının aşağı mərtəbəsindəki dəfn kameralarından birində dəfn edilib.  Benediktin cəsədi bazar ertəsindən dünənki mərasimə qədər Bazilikada ictimaiyyətə açıq olub. 

Vatikanın açıqlamasına görə, 3 gün ərzində  200 minə yaxın insan keçmiş papayla vidalaşmağa gəlib.

Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Papa üç tabutda dəfn edildi - FOTO
Qaynaq