Yağış bu tarixədək davam edəcək
Cəmiyyət
10:36 16 noy, 2022

Noyabrın 17-dək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, noyabrın 16-sı gündüzədək Azərbaycanın əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.