Bakı 26˚C Intermittent clouds

Yağış, qar yağacaq - BU GÜNÜN HAVASI

Cəmiyyət 14:03 03 okt, 2021

Bu günə olan hava proqnozu

Yağış, qar yağacaq <span style="color:red">- BU GÜNÜN HAVASI</span>

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qazet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 19-21° isti olacaq. Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.