Bakı 11˚C Intermittent clouds

Yağış sularının əsarətində qalan şəxslərin xilas edilmə anı - VİDEO

Cəmiyyət 16:27 29 sen, 2021

Yağış sularının yol ötürücüsündən kənarlaşdırılması işləri hazırda da davam etdirilir

Yağış sularının əsarətində qalan şəxslərin xilas edilmə anı - <span style="color:red">VİDEO</span>

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və altı köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Qazet.az-a nazirlikdən verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində səkkiz nəfər, o cümlədən Sabunçu rayonu ərazisində avtomobil yolu ötürücüsündə subasma nəticəsində nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış iki nəfər xilas edilib.

Yağış sularının yol ötürücüsündən kənarlaşdırılması işləri hazırda da davam etdirilir.