Yağış yağdı, Bakı yolları dondu...
Cəmiyyət
12:45 14 dek, 2021
Sürücülərin sürət həddini kəskin aşağı salması sıxlığa gətirib çıxarıb
Bakıya yağan yağış yollarda ciddi tıxacların yaranmasına səbəb olub.
Qazet.az xəbər verir ki, hazırda xüsusilə Dərnəgül yolu – Ziya Bünyadov prospekti (“Koroğlu” metrosu yaxınlığındakı körpüdən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində), Heydər Əliyev prespekti – “Koroğlu” körpüsünün üzərindən şəhər istiqamətində, Babək və 8 Noyabr prospektlərində sıxlıq yaşanır.
Yağışın intensiv olmamasına baxmayaraq, sürücülərin sürət həddini kəskin aşağı salması sıxlığa gətirib çıxarıb.