Bakı 3˚C Partly sunny

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - AÇIQLAMA

Cəmiyyət 11:44 14 dek, 2021

Yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək

Yağmurlu hava şəraiti nə vaxta qədər davam edəcək? - <span style="color:red">AÇIQLAMA</span>

Yağışlı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.

Qazet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Hidrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, yağıntılar gecə saatlarında da davam edəcək və mülayim şimal-şərq küləyi əsəcək.

"Sabah gündüz saatlarından yağmursuz hava şəraitinin müşahidə olunacağı gözlənilir. Dekabrın 15-i ölkə ərazisində hava şəraiti sabit keçəcək" - deyə G.Məmmədova bildirib.