Bakı 25˚C Intermittent clouds

Yalçın Rzazadənin məzar daşı niyə qoyulmayıb? - Oğlu açıqladı

Gündəm 23:03 11 dek, 2021

Ailəsinin məzar daşını düzəltdirməyə maddi imkanı çatmır

Yalçın Rzazadənin məzar daşı niyə qoyulmayıb? <span style="color:red">- Oğlu açıqladı</span>

Müğənni Roza Zərgərli mərhum Xalq artisti Yalçın Rzazadənin məzar daşının hazırlanmadığını açıqlayıb. O, "Tam vaxtıdır" verilişində bildirib ki, ailəsinin məzar daşını düzəltdirməyə maddi imkanı çatmır.

Məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Rzazadə ilə əlaqə saxladıq.

Qazet.az teleqraf.com-a istinadən bildirir ki, o,bu haqda danışmaq istəmədiyini deyib:

"Bu barədə açıqlama vermək istəmirəm. Onu deyə bilərəm ki, sadə məzar daşı düzəltdirmək çox asandır. Amma Yalçın Rzazadə sadə insan olmayıb. Atam Azərbaycan estrada sənətinə bir yenilik gətirib".

Qeyd edək ki, Yalçın Rzazadə fevralın 22-də 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, Lənkəran rayonunun, Liman şəhər qəbiristanlığında dəfn olunub.