Bakı 2˚C Sunny

Yanacaq daşıyan maşının partlaması kütləvi ölümə səbəb oldu

Gündəm 18:05 14 dek, 2021

Yanacaq daşıyan maşının partlaması nəticəsində azı 40 nəfər həlak olub

Yanacaq daşıyan maşının partlaması kütləvi ölümə səbəb oldu

Haitinin Kap-Aityen şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində azı 40 nəfər həlak olub.

Qazet.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, yük maşını qəzaya uğradıqdan sonra sakinlər yanacaq götürmək üçün qəza yerinə toplaşıb.

Qısa müddət sonra sistern partlayıb və yanmağa başlayıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.