Bakı 0˚C Mostly cloudy

Yanğına görə bu yolda hərəkət məhdudlaşdırıldı

Gündəm 17:51 26 yan, 2022

Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Yanğına görə bu yolda hərəkət məhdudlaşdırıldı

Bakının Nərimanov rayonunun Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Qazet.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, buna səbəb həmin ərazidə yaşayış binasında baş verən yanğındır. Hadisə ilə əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.

Qeyd edək ki, bu gün paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.