Bakı 26˚C Sunny

Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi

Hadisə 12:34 16 okt, 2021

Yanğınla bağlı qərargah yaradıldı

Yanğınla bağlı qərargah yaradıldı, sakinlər təxliyyə edildi

Yanğın nəticəsində “Metro City” ticarət mərkəzi tamamilə yanıb.

Bu barədə Qazet.az-a ərazidəki sakinlər məlumat verib. Yanğının ətrafdakı obyektlərə keçdiyi bildirilir.

***

09:52

Xəbər verdiyimiz kimi,  bu gün səhər saatlarında Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metro City” ticarət mərkəzində güclü yanğın başlayıb. 

Qazet.az xəbər verir ki, FHN yanğının söndürülməsi istiqamətində Qərargah yaradıb. 

Hazırda ətrafda yaşayan binaların sakinləri ərazidən təxliyyə edilir.