Bakı 27˚C Sunny

Yapon şahzadəsi taxtı sevgiyə dəyişdi

Maraqlı 15:18 26 okt, 2021

Uzun çəkən illərdən sonra yapon şahzadəsi tituldan imtina edərək ailə həyatı qurdu

Yapon şahzadəsi taxtı sevgiyə dəyişdi

Yaponiyada şahzadə Mako kraliça titulundan imtina edərək evlənib.

Qazet.az xəbər verir ki, cütlüyün nişanı hələ 2017-ci ildə elan edilmişdi, lakin Mako və Kei Komuro münasibətləri qanuniləşdirənə qədər dörd uzun il çəkib.

Bəziləri yazırdılar ki, Komuronun ailəsi borc içində qalıb və imperator ailəsi ilə qohumluq əlaqəsinə girərək vəziyyəti düzəltməyə ümid edir. Digərləri Mako və Kei evlilik həyatına hazır olmadığını söyləyiblər.

Bu illər ərzində cütlük haqqında çoxlu sayiələr gəzib.

Gəzən söz-söhbətlər şahzadənin əhval-ruhiyyəsinə son dərəcə mənfi təsir edib. Son illərdə o, daimi stress içində yaşayırdı və ailəsinin təzyiqi ilə vəziyyət çətinləşmişdir. 

Makonun atası vəliəhd şahzadə Fumihito birmənalı şəkildə bildirib ki, bütün “maliyyə problemləri” toya qədər həll olunmalıdır. Şahzadə isə sonundan tituldan imtina etməli olub.
Təəccüblü deyil ki, media yapon cütlüyünü Şahzadə Harri və Meqan Marklla müqayisə edib.

Mətbuatda yayılan məlumatlara görə, yeni evlənənlər ABŞ-da yaşamağa gedəcək. Onlar Komuronun hazırda vəkillik fəaliyyəti ilə məşğul olduğu Nyu-Yorkda yaşamağa hazırlaşırlar.