Bakı 16˚C Windy

Yaponçikin qatilləri ilə bağlı qərar verildi

Gündəm 04:11 14 dek, 2021

Yaponçikin tərəfdarları bir ara iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında 2016-cı ildə İstanbulda qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski ilə yanaşı Merab da olub.

Yaponçikin qatilləri ilə bağlı qərar verildi

Moskva məhkəməsi “Yaponçik” ləqəbli məşhur qanuni oğru Vyaçeslav İvankovun qatilləri ilə bağlı qərarını elan edib.

Qazet.az xəbər verir ki, Yaponçikin qətlində ittiham edilən Murtazi Şadaniya və Cambul Canaşiya 15 və 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qərara əsasən, onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Qeyd edək ki, Yaponçik rus mafiyasının lideri hesab olunurdu. O, 2009-cu ildə snayper atəşi nəticəsində öldürülüb. Ehtimal olunur ki, qətlin sifarişçisi digər qanuni oğru “Maxo” ləqəbli İlya Simoniyadır. Onun kriminal aləmdə təsir dairələrini yenidən bölüşdürmək üçün Yaponçiki öldürdüyü güman edilir.

Yaponçikin tərəfdarları bir ara iddia edirdilər ki, sui-qəsdin sifarişçiləri arasında 2016-cı ildə İstanbulda qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranski ilə yanaşı Merab da olub.

lenta.ru