Bakı 15˚C Sunny

Yaponiya Əfqanıstanda səfirliyini yenidən açmaq niyyətindədir

Gündəm 14:05 24 noy, 2021

Əsas şərt səfirliyin təhlükəsizliyinin tam təmin edilməsidir

Yaponiya Əfqanıstanda səfirliyini yenidən açmaq niyyətindədir

Yapon səfiri Taliban hökumətinin Baş nazirinin siyasi məsələlər üzrə müavini ilə görüşüb.

Qazet.az xəbər verir ki, Yaponiyanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri Takaşi Okata Taliban hökumətinin Baş nazirinin siyasi məsələlər üzrə müavini Moləvi Əbdülkəbirlə görüşündə Kabil şəhərində səfirliyin təhlükəsizliyinin təmin olunması şərtilə yenidən fəaliyyət göstərə biləcəklərini söyləyib.

Yapon səfiri əfqan xalqına dövlətinin dəstəyini ifadə edib və vurğulayıb ki, “Yaponiya Taliban hökuməti ilə əməkdaşlığı davam etdirəcək və Əfqanıstana humanitar yardımı artıracaq”.