Bakı 15˚C Mostly sunny

Yaponiya MN KXDR raketlərinin məsafəsini və hündürlüyünü açıqlayıb

Xəbərlər 10:12 18 dek, 2022
Yaponiya MN KXDR raketlərinin məsafəsini və hündürlüyünü açıqlayıb

Şimali Koreyanın bazar günü atdığı hər iki raket ballistik idi.

Qazet.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya müdafiə nazirinin müavini Tosiro İno bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın hər iki raketi təxminən 500 km uçub, onların maksimal uçuş hündürlüyü 550 km olub:

“Şimali Koreyanın davamlı raket buraxılışları tamamilə qəbuledilməzdir. Diplomatik kanallar üzərindən Pekindəki səfirlik vasitəsilə Şimali Koreya tərəfinə etiraz bildirilib”.

İno vurğulayıb ki, Pxenyanın bazar günü atdığı hər iki raket Yaponiyanın Yapon dənizindəki müstəsna iqtisadi zonasından kənara düşüb.