Yaponiya “OPEK+”un qərarından narahatdır
Cəmiyyət
08:31 05 dek, 2022
![Yaponiya “OPEK+”un qərarından narahatdır](https://qazet.az/resized/fit900x500/center/pages/128740/654be5f6-ef73-3f28-9f0b-ad5970eafeee-850.jpg)
“OPEK+” ölkələrinin neft hasilatının azaldılması planını saxlamaq qərarı bazarda qeyri-müəyyənliyi artırır.
Qazet.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bəyan edib.
Onun sözlərinə görə, Tokio “OPEK+”un siyasətini ölkə iqtisadiyyatına təsirini yaxından izləyəcək:
“Yaponiya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərlə dialoqu intensivləşdirməyə hazırlaşır”.
Qeyd edək ki, OPEC+ Monitorinq Komitəsinin üzvü olan Rusiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt, Əlcəzair, Venesuela və Qazaxıstan neft hasilatı üzrə cari planın saxlanmasını tövsiyə ediblər. Nazirlər növbəti görüşü fevralın 1-də keçirmək qərarına gəliblər.