Bakı 7˚C Showers

Yaponiya sakini Şinzo Abenin dəfn mərasiminə etiraz olaraq özünü yandırıb

Maraqlı 07:42 25 sen, 2022
Yaponiya sakini Şinzo Abenin dəfn mərasiminə etiraz olaraq özünü yandırıb

Tokioda bir nəfər Yaponiyanın baş nazirinin ofisinin qarşısında özünü yandırıb.

O, iyul ayında öldürülən ölkənin keçmiş lideri Şinzo Abenin dövlət tərəfindən planlaşdırılan dəfn mərasiminə etiraz olaraq belə addım atıb.

Nümayişçi çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində alovu söndürməyə çalışan bir polisin yaralandığı bildirilib.

Özünə gələn 70 yaşlı kişi səlahiyyətlilərə üzərinə qəsdən yağ tökərək özünü yandırdığını deyib.

Qeyd edək ki, Abe iyulun 8-də ictimai çıxışı zamanı ona hücum edən şəxs tərəfindən kustar silahla vurularaq öldürülüb. Yaponiya hökuməti keçmiş baş nazirlə təntənəli dəfn mərasiminə 12 milyon dollar ayrıb. Mərasim sentyabrın 27-nə təyin edilib.

Etirazçılar ayrılan məbləği dövlət büdcəsinin israfçılıqla xərclənməsi hesab edirlər. Mərasim çoxsaylı xarici nümayəndə heyətlərinin qəbulunu, həmçinin Yaponiyada belə hallar üçün ənənəvi olan atəşfəşanlığı nəzərdə tutur.

Mənbə: mk.ru