Bakı 1˚C Intermittent clouds

Yaponiya şəhzadəsi xalqından üzr istədi

Gündəm 19:21 27 okt, 2021

Mako həyat yoldaşı ilə yanaşı jurnalistlərin də qarşısına çıxıb

Yaponiya şəhzadəsi xalqından üzr istədi

Yaponiya şəhzadəsi öz taxt-tacından imtina edərək kral ailəsindən olmayan sevgilisi ilə evlənib. O bu mərasim zamanı Yaponiya xalqından da üzr istəyib.

Qazet.az xəbər verir ki, bu barədə məlumatı CNN yayıb. Cütlük, əksər kral toylarında olan təmtəraqdan imtina edərək, yerli vaxtla səhər saat 10 radələrində yerli palata ofisinə qeydiyyatlarını təqdim edib.

Mako Komuro sevgilisi ilə nişanlandığını 4 il əvvəl elan etmişdi. Lakin onların birlikdə olmağı Komuronun anası ilə bağlı pul qalmaqalına görə illərdir davam edən mübahisələrə səbəb olmuşdu.

Əhali arasında narazılıqlara görə Mako ictimaiyyəti sakitləşdirmək üçün hökumətdən ona ayrılan milyon dollarlıq ödənişdən imtina edib.

Keçirilən mətbuat tədbirində Mako əri ilə yanaşı jurnalistlərin də qarşısına çıxıb. Yeni cütlük evlilikləri ilə bağlı yaranan problemə görə üzr istəyib və onlara dəstək olanlara təşəkkür ediblər.

“Mənim üçün Kei çox vacib, əvəzolunmazdır”- deyə sonda keçmiş şəhzadə vurğulayıb.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.