Bakı 19˚C Mostly sunny

Yaponiya vaksinləşdirmə yarışında Avropanı keçəcək

Gündəm 13:51 12 sen, 2021

Yaponiya vaksin siyasətində də üstünlüyünü göstərir

Yaponiya vaksinləşdirmə yarışında Avropanı keçəcək

Yaponiya əhalisinin 50 faizindən çoxuna vaksinin hər iki dozası vurulub.

Qazet.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyatın bərpası naziri Yasutoşi Nişimura NHK telekanalına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, sentyabrın sonlarınadək bu göstərici 60 faizə çatacaq. Bununla da Yaponiya Avropa ölkələrini həmin göstərici üzrə üstələyəcək.

Bununla yanaşı, Yaponiya Baş nazirinin dəftərxanasının dərc etdiyi statistikaya əsasən, ölkə əhalisinin yalnız 49,8 faizi (63 milyon nəfər) vaksinin hər iki dozasını qəbul edib. Vaksinin ilk dozasını alanların sayı isə 78,3 milyon nəfər təşkil edir (61,9 faiz).

Qeyd edək ki, Yaponiyada əhaliyə “AstraZeneca” şirkətinin, “Pfizer və BioNTech” konsorsiumunun və “Moderna” şirkətinin vaksinləri vurulur.