Yaponiya zələzələ baş verib
Gündəm
17:13 09 dek, 2021
Arxipelaqda noyabrın 4-dən bu günə qədər 1-4 bal gücündə 200-dən çox zəlzələ baş verib.
Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında güclü zəlzələ baş verib.
Qazet.az Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) həftə sonundan bəri 200-dən çox kiçikmiqyaslı təkanların yaşandığı Tokara arxipelaqının cənub-qərbində 6 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Kaqoşima əyalətinə daxil olan arxipelaqda yerli vaxtla saat 11.05-də 20 kilometr dərinlikdə baş verən zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.
Zəlzələlərin davam edə biləcəyini və şiddətinin arta biləcəyini qeyd edən JMA bölgə əhalisinə qabaqlayıcı tədbir görməklə bağlı xəbərdarlıq edib.