Bakı 4˚C Mostly cloudy

Yaponiyada 2 dəfə zəlzələ baş verib

Gündəm 11:21 01 noy, 2021

Bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb

Yaponiyada 2 dəfə zəlzələ baş verib

Yaponiyada iki dəfə zəlzələ qeydə alınıb.

Qazet.az-ın xəbərinə görə, bu barədə ölkənin Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, birinci təbii hadisə yerli vaxtla saat 06:14-də paytaxt Tokionun şimal-şərqində İbarakidə 5,2 bal gücündə baş verib.

Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Tokio və ətraf prefekturalarda hiss olunub.

Qeyd edilir ki, yerli vaxtla saat 05:35-də Kansay regionunun cənubundakı Vakayama prefekturası yaxınlığında da 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Meteorologiya Agentliyi zəlzələlərin sunami təhlükəsi yaratmadığını bildirib.

Hələlik hər hansı dağıntı və ya tələfat barədə məlumat yoxdur.