Bakı 2˚C Windy

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Xəbərlər 00:19 18 dek, 2022
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Yaponiyada 5,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə şənbə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qazet.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Miyazaki şəhərindən 4 km cənub-şərqdə olub.

Zəlzələ 45 km dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.