Bakı 5˚C Mostly cloudy

Yaponiyada alternativ yanacaq üçün hərəkətə keçdi

Gündəm 04:12 14 noy, 2021

Qeyd edək ki, 2025-ci ilədək 15 elektromobil modelini bazara çıxarmağı hədəfləyən “Toyota” bununla yanaşı alternativ yanacaqla işləyən avtomobillər də hazırlamağı nəzərdə tutur.

Yaponiyada alternativ yanacaq üçün hərəkətə keçdi

Yaponiyanın 5 şirkəti ənənəvi avtomobillər üçün ekoloji təmiz alternativ yanacaq növlərini hazırlamaq üçün birgə çalışmalar aparacaq.

Qazet.az Report-a istinadən xəbər verir ki, “Toyota Motor Co.” şirkətinin verdiyi açıqlamaya görə, “Mazda Motor Co.”, “Subaru Co.”, Yamaha Motor”, “Kawasaki Heavy Industries” ilə birgə həyata keçiriləcək tədqiqatlar bioloji mənşəli maddələrdən yanacaq istehsalına yönələcək.

Qeyd edək ki, 2025-ci ilədək 15 elektromobil modelini bazara çıxarmağı hədəfləyən “Toyota” bununla yanaşı alternativ yanacaqla işləyən avtomobillər də hazırlamağı nəzərdə tutur.