Yaponiyada güclü zəlzələ baş verdi
Gündəm
03:08 06 okt, 2021
Dağıntı və tələfat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Yaponiyanın Hönsü adasının şərq sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Hatinoxe şəhərindən 67 km cənub-şərqdə, ocağı isə 67 km dərinlikdə əmələ gəlib.
Dağıntı və tələfat yoxdur, sunami təhlükəsi elan edilməyib.