Yaponiyada qasırğaya görə 30-a yaxın aviareys təxirə salınıb
Xəbərlər
01:56 02 sen, 2022
![Yaponiyada qasırğaya görə 30-a yaxın aviareys təxirə salınıb](https://qazet.az/resized/fit900x500/center/pages/100535/airport-010922.jpg)
Yaponiyanın cənubundakı Okinava prefekturasında "Hinnamnor" qasırğası ilə əlaqədar azı 28 aviareys təxirə salınıb.
Qazet.az xəbər verir ki, bölgədə küləyin sürəti saniyədə 75 metrə çatır.
Meteoroloqlar şiddətli yağıntıların, güclü küləklərin və dalğaların olacağı barədə xəbərdarlıq edib.
Uçuşların nə zaman bərpa oluna biləcəyi barədə məlumat verilməyib.
Qeyd edək ki, "Hinnamnor" avqustun 28-də Sakit okeanda tropik qasırğa kimi formalaşıb.