Yaponiyada seçkilər keçirilir
Gündəm
13:46 31 okt, 2021
Bu gün Yaponiyada seçkilər keçirilir
Bu gün Yaponiya parlamentinin aşağı palatasına seçkilərlə əlaqədar 46 mindən çox seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, səhər saat 7-dən axşam saat 20:00-dək açıq olacaq məntəqələrdə seçicilər aşağı palatanın 465 deputatını seçəcəklər.
Onlardan 289-u birmandatlı, 176-ı isə proporsional qaydada müəyyən ediləcək.
Namizədlərin sayına gəlincə isə, doqquz siyasi partiyadan 1051 nəfərin namizədliyini irəli sürdüyü bildirilir.
Qeyd edək ki, parlamentin aşağı palatası yuxarı palata ilə müqayisədə hökumət başçısını seçmək və dövlət büdcəsini təsdiq etmək səlahiyyətinə malik olduğuna görə əsas qanunverici orqan sayılır.