Yaponiyada son 150 ilin rekord istiliyi qeydə alınıb
Gündəm
05:13 30 iyn, 2022
Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.

Yaponiya son 150 ilin ən isti iyun ayını yaşayır.
Qazet.az xəbər verir ki, günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.
Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.
cnn türk