Bakı 11˚C Windy

Yaponiyada sürüşmə: 10 ev yerin altında qaldı - FOTO

Hadisə 19:42 01 yan, 2023
Yaponiyada sürüşmə: 10 ev yerin altında qaldı - FOTO

Yaponiyanın Yamaqata əyalətinin Tsuruoka şəhərində baş verən sürüşmədə 10 ev torpaq altında qalıb.
 

Qazet.az NTV-yə istinadən xəbər verir ki, təpənin yamacında tikilmiş 10 ev sürüşmə altında qalıb. Əvvəlki təxliyə çağırışı çərçivəsində evlərdə yaşayan 22 nəfərdən 18-nin evlərini tərk etdiyi, yaşlı bir cütlüklə əlaqə saxlamaq mümkün olmadığı bildirildi.

Dağılmış evlərdən çıxarılan iki nəfər yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fasiləsiz yağan yağış axtarış-xilasetmə işlərini çətinləşdirsə də, Yaponiya Meteorologiya Agentliyi (JMA) bölgəyə bu gecə qar yağacağı ilə bağlı xəbərdarlıq edib.


Yaponiyada sürüşmə: 10 ev basdırılıb - 1

Qaynaq