Yaponiyada xəbərdarlıq: Güclü tayfun yaxınlaşır
Xəbərlər
07:42 18 sen, 2022
Yaponiyanı güclü tayfun vuracaq.
Qazet.az Reuters- ə istinadən xəbər verir ki, ölkənin Meteorologiya Agentliyi tayfunun sabah cənubdakı Kyuşu adasına çatacağı ilə bağlı xəbərdarlıq edib.
Kaqoşima prefekturasına dalğaların hündürlüyünün artacağı və güclü yağışlar ehtimalı ilə bağlı xüsusi xəbərdarlıq ediləcəyi gözlənilir.