Bakı 3˚C Windy

Yaponiyadan Rusiyaya avtomobillər aparan gəmi yandı

Gündəm 15:19 26 iyn, 2022

Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb

Yaponiyadan Rusiyaya avtomobillər aparan gəmi yandı

Rusiyanın “Anqara” gəmisi Yaponiya dənizində, Honsyu adasındakı Toyama şəhərindən təxminən altı kilometr şimalda alovlanıb.

Qazet.az xəbər verir ki, bu barədə Rusiyanın Niiqatadakı Baş Konsulluğu məlumat yayıb.

Qeyd olunub ki, Rusiya vətəndaşlarından ibarət 25 ekipaj üzvünün hamısı yanan gəmidən sağ-salamat çıxarılıb.

İşlənmiş yapon avtomobilləri daşıyan “Anqara” gəmisi Fuşiki limanından Vladivostoka doğru üzürmüş.

İlkin məlumatlara görə,yanğına səbəb gəminin göyərtəsində olan avtomobillərdən birinin alışması olub.