"Pfizer" vaksinindən yad cisimlər çıxdı- Həkimlər təşvivşdə
Cəmiyyət
14:45 15 sen, 2021
“Pfizer” peyvəndi də “Moderna”nın yolunda
Yaponiyalı mütəxəssislər “Pfizer”/“BioNTech” şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər.
Qazet.az Oxu.az-a istinadən xəbər verir ki, ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub.
Həkimlər məsələnin araşdırılması üçün Səhiyyə Nazirliyinə müraciət ediblər.
Qeyd edək ki, bir müddət əvvəl Yaponiyada “Moderna” vaksinlərinin tərkibində də yad cisimlər aşkar olunmuşdu.