Bakı 8˚C Showers

Yaponiyalı tanışlıq tətbiqində 730 min dollar itirib

Maraqlı 01:56 28 avq, 2022
Yaponiyalı tanışlıq tətbiqində 730 min dollar itirib

Yaponiyanın Saqa prefekturasının sakini tanışlıq tətbiqində özünü qadın kimi təqdim edən fırıldaqçının qurbanı olub.

Qazet.az TASS-a istinadən xəbər verir ki, o, həmin şəxsə ümumilikdə 100 milyon yen (730 min dollardan çox) pul köçürüb.

40 yaşlı yaponla fırıldaqçının onlayn söhbətləri üç həftə davam edib. Virtual söhbət zamanı özünü qadın kimi təqdim edən dələduz kişini valyuta birjasında ticarətə investisiya qoymağa razı salıb.

Ümumilikdə, kişi 12 müxtəlif bank hesabına 17 pul köçürməsi edib.

Nəhayət, kişi şübhələnərək polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları fırıldaqçının kimliyini müəyyənləşdirməyə və onu tapmağa çalışır.