Bakı -1˚C Partly sunny

Yaponiyanın baş naziri tətildə oxumaq üçün 15 kitab alıb

Xəbərlər 09:44 01 yan, 2023
Yaponiyanın baş naziri tətildə oxumaq üçün 15 kitab alıb

Yaponiyanın baş naziri Fumio Kişida dekabrın 29-da məzuniyyətə çıxıb. O, tətilinin bir hissəsini mütaliəyə həsr etmək qərarına gəlib.

Qazet.az xəbər verir ki, Kişida tətildən əvvəl ailəsi ilə birlikdə Tokiodakı kitab mağazalarından birinə baş çəkib. Oradan Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanı da daxil olmaqla, 15 kitab alıb.

Yanvarın 4-də Kişida 2023-cü ilin ilk mətbuat konfransını keçirəcək. Yanvarın 8-də isə o, G7-yə daxil olan ölkələrə səfər turuna çıxacaq. Belə ki, gələn ildən beynəlxalq kluba məhz Yaponiya sədrlik edəcək.