Yaponiyanın müdafiə naziri: “Şimali Koreyanın atdığı raket 400 km uçub”
Xəbərlər
10:10 25 sen, 2022
“Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən atılan raket 400 km uçaraq Yapon dənizindəki iqtisadi zonadan kənara düşüb”.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın müdafiə naziri Yasukadzu Hamada deyib.
"Raket ölkəmizin Yaponiya dənizindəki iqtisadi zonasından kənara düşüb", - o bildirib.
Nazir əlavə edib ki, o, qeyri-adi və gözlənilməz trayektoriya ilə uçub.
Daha əvvəl Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.