Bakı 3˚C Showers

Yaponların düyüdə gizlənən GƏNCLİK SİRRİ

Maraqlı 04:32 22 avq, 2022
Yaponların düyüdə gizlənən GƏNCLİK SİRRİ

Yapon qadınlarının hamar dərisinə qibtə etməmək mümkün deyil. Burada genetik xüsusiyyətlər və coğrafi şəraitin təsiri olsa da, onların özünəməxsus gözəllik sirləri var. Məsələn, yapon qadınları dərisinin gözəlliyini əsrlərdir istifadə etdikləri dəniz məhsullarına, eləcə də, düyü maskasına borcludur. 

Qazet.az yapon qadınlarının istifadə etdiyi düyü maskasının reseptini təqdim edir:

Düyü tərkibindəki omeqa-6 yağ turşusu (linoleik turşusu) və antioksidantlar sayəsində dəri hüceyrələrini yeniləyir, ona daha təravətli və parlaq bir görünüş verir, eyni zamanda da, dəri ləkələrini yox edir.

Maska üçün lazım olan ərzaqlar:

1 xörək qaşığı düyü

1 xörək qaşığı süd

1 xörək qaşığı bal

Hazırlanması:

Düyünü 2-3 stəkan suda yumşalana qədər qaynadın. Suyunu süzüb bir kənara qoyun, maskadan sonra üzünüzü məhz həmin su ilə yuyacaqsınız.

Düyünü süddə əzərək yaxşıca qarışdırın. Sonra bal əlavə edin. Maskanı təmiz və quru üzə sürtün. Üzünüzdəki maskanın quruması üçün bir az gözləyin. Sonra onu silib üzünüzü, yuxarıda qeyd etdiyimiz kimi, soyumuş düyü suyu ilə yuyun.