Yaranmış problemlə bağlı sosial platformalardan - Açıqlama
Gündəm
23:05 04 okt, 2021
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik"

Xəbər verdiyimiz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb.
Qazet.az-ın məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir:
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.