Bakı 5˚C Showers

“Yaraqlılar Konqoda 270-dən çox yerli sakini öldürüb”

Hadisə 02:38 06 dek, 2022
“Yaraqlılar Konqoda 270-dən çox yerli sakini öldürüb”

Konqo Demokratik Respublikasının şərqindəki Kişişe kəndində “23 Mart Hərəkatı” (M23) üsyançı qruplaşması tərəfindən öldürülən mülki şəxslərin ümumi sayı 272 nəfərə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə “Reuters” Konqo Demokratik Respublikasının hökumətin məlumatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, M23 qruplaşmasının yaraqlıları noyabrın 29-da Kişişe kəndində 50-dən çox yerli sakini öldürüb. Bir gün sonra qurbanların sayı 100-ü ötüb.