Bakı 4˚C Cloudy

Yararsız məhsullar məhv edildi

Cəmiyyət 13:25 05 okt, 2022
Yararsız məhsullar məhv edildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edib.

Bu barədə Qazet.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 24,16 ton müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir", - məlumatda qeyd olunub.